söhbəti uzaqdan başlamaq

to take a roundabout approach to the subject = начать разговор издалека
söhbəti davam etdirmək (kəsilməyə qoymamaq)
söhbəti yekunlaşdıraq
OBASTAN VİKİ
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) — kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Uzaqdan idarə
Uzaqdan idarə — uzaqdan idarə elektron cihazların, məşhur olaraq televizorların, DVD oxuyucu və digər audio, video qurğuların qısa məsafələrdə uzaqdan idarə ediləbilməsini təmin edən hissəsidir. Uzaqdan idarə ilk nümunələrindən biri, 1898-ci ildə Nikola Tesla tərəfindən "Hərəkət edən vasitə və ya vasitələrin mexanizmlərinin idarəsi üçün cihaz texnikası" adı ilə inkişaf etdirildi. 29 iyun 1956-cı ildə avstriya əsilli amerikalı ixtiraçı Robert Adler (Robert Adler) televizor üçün ilk pultu yaratmışdır. Zenith Space Commander adlanan bu pult mexaniki idi və kanalın və səsin dəyişdirilməsi üçün ultrasəsdən istifadə edirdi. Maraqlıdır ki, xanımının sözlərinə görə, Adler nadir hallarda televizora baxırdı, o mütaliə etməyi daha üstün tuturdu. Görkəmli ixtiraçı 180 patentin müəllifidir. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Uzaqdan iş
Uzaqdan iş — ofisdən yox, evdən və ya başqa bir məkandan işləmək təcrübəsi. Təcrübə kiçik miqyasda 1970-ci illərdə, şəbəkə körpüsü kimi telefon xətlərindən istifadə edərək "ağılsız" terminallar vasitəsilə peyk ofislərini şəhərin mərkəzi sistemlərinə birləşdirən texnologiyanın inkişaf etdirilməsi ilə başladı. Bu, 1990-cı və 2000-ci illərdə bulud texnologiyaları və videotelefoniya vasitəsilə konfrans zəngləri üzrə birgə proqram təminatı kimi internet texnologiyalarının köməyi ilə daha çox yayıldı. 2020-ci ildə COVID-19 üçün iş yerlərindəki məhdudiyyətlər bütün dünyada uzaqdan işə keçidi sürətləndirdi və bu, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra da belə davam etdi. Uzaqdan işin tərəfdarları iddia edirlər ki, o, ofisin saxlanması ilə bağlı xərcləri azaldır, işçilərə onların motivasiyasını və işdən məmnunluğunu artıran muxtariyyət və çeviklik verir, işə gediş-gəliş səbəbiylə yaranan ətraf mühit zərərlərini aradan qaldırır, şirkətlərə coğrafi mövqeyindən asılı olmayaraq ən yaxşı namizədləri işə götürməyə imkan verir və işçilərə yaşamağa üstünlük verdikləri yerə köçmək imkanı verir. Uzaqdan işin əleyhdarları isə iddia edirlər ki, uzaqdan telekommunikasiya texnologiyası üz-üzə qarşılıqlı əlaqənin üstünlüklərini təkrarlaya bilmir, işçilərin diqqəti daha asan dağılır və fiziki ayrılıq olmadan, iş ilə qeyri-iş sferaları arasında ayrılığı saxlamağda çətinlik çəkə bilərlər və sosial qarşılıqlı əlaqənin azalması təcrid olunma hissinə səbəb ola bilər. 1970-ci illərdə, peyk ofislərini şəbəkə körpüsü kimi telefon xətlərindən istifadə edərək "ağılsız" terminallar vasitəsilə şəhərin mərkəzi sistemlərinə birləşdirən texnologiya yaradıldı. "Telecommuting" və "telework" terminləri 1973-cü ildə Cek Nilles tərəfindən istifadə edilmişdir. 1979-cu ildə beş IBM əməkdaşına təcrübə olaraq evdən işləməyə icazə verildi. 1983-cü ilə qədər təcrübə 2000 nəfərə qədər genişləndirildi.
Uzaqdan zondlama
Uzaqdan zondlama — yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır. Məsafədən zondlama coğrafiya və bir çox Yer elmləri bölmələri (məsələn, hidrologiya, ekologiya, okeanoqrafiya, geologiya) daxil olmaqla çoxsaylı sahələrdə istifadə olunur; onun hərbi, intellektual, kommersiya, iqtisadiyyat, humanitar tətbiqietmələri də var. Müasir istifadədə bu termin Yerdə (həm yer səthində, həm də atmosfer və okeanlarda) təbliğ siqnalları (yəni elektromaqnit radiasiyası) vasitəsilə obyektləri müəyyən edib təsnifləşdirmək üçün aero sensor texnologiyalarının istifadəsini nəzərdə tutur. Uzaqdan müəyyən etmə iki cürə olur: passiv və aktiv. Obyektin buraxılan və ya əks olunan radiasiyanı müşahidə edən sensorlara passiv uzaqdan müəyyən etməsi deyilir. Beləliklə, buraxılan günəş şüaları passiv sensorlarla ölçülən radiasiyanın ən adi bir mənbəyidir. Aktiv sensorlar isə, tərsinə, buraxılan enerjini obyetktin öyrənməsi üçün istifadə olunur. Misal üçün, radar, obyekti aşkər edib, onun yerini, sürətini və istiqamətini müəyyən edir. Məsafədən zondlama vasitəsilə təhlükəli və çətin keçmə yerlərdən vizual və digər məlumatları toplamaq mümkün olur.
Gecə Söhbəti (1971)
Uzaqdan idarəetmə sistemi
Uzaqdan idarəetmə sistemi və ya Fly-by-wire əl ilə idarə edilən uçuş idarəetmələrini elektron interfeyslə əvəzləyən inkişaf etmiş bir uçuşu idarəetmə sistemidir. Bu sistemdə, təyyarə pilotdan asılı olmayaraq sadə bir kompüter tərəfindən idarə olunan süni intellektə sahibdir. Bu missiya kompüteri sürət, hündürlük, hava, təyyarənin texniki məlumatları, çəki və rəqəmsal mühitdə bir çox vacib məlumatları (data) birləşdirərək təyyarəyə ən təhlükəsiz uçuşu təmin edir. Bu texnologiya, yeni nəsil təyyarələr adlanan və uçuşa nəzarət səthlərinin hərəkətinin side-stick adlanan qol ilə təmin olunduğu təyyarələrdə mövcuddur. Fly By Wire sistemində 2 və ya daha çox kompüter var (Airbus a320 seriyasında 5 kompüter var, F22 Raptorda isə hər biri 180 mb olan 7 kompüter var). Konsoldakı joystick bir məlumat daxiletmə vasitəsidir. Belə ki; Joysticki yuxarı çəksək, yuxarı əmrini kompüterlərə veririk. Joystickdəki həssas sensorlar qolu sıxma nisbətinə görə rəqəmsal məlumatları sistemə göndərir. Sistem bir növ sinir sisteminə bənzəyən bir məlumat xəttinə (data line) malikdir. Pilot qolu yüzdə 25 nisbətində sıxdıqda; təyyarə təkbaşına bu əmri həyata keçirmir.
Uzaqdan müəyyən etmə
Uzaqdan zondlama — yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır. Məsafədən zondlama coğrafiya və bir çox Yer elmləri bölmələri (məsələn, hidrologiya, ekologiya, okeanoqrafiya, geologiya) daxil olmaqla çoxsaylı sahələrdə istifadə olunur; onun hərbi, intellektual, kommersiya, iqtisadiyyat, humanitar tətbiqietmələri də var. Müasir istifadədə bu termin Yerdə (həm yer səthində, həm də atmosfer və okeanlarda) təbliğ siqnalları (yəni elektromaqnit radiasiyası) vasitəsilə obyektləri müəyyən edib təsnifləşdirmək üçün aero sensor texnologiyalarının istifadəsini nəzərdə tutur. Uzaqdan müəyyən etmə iki cürə olur: passiv və aktiv. Obyektin buraxılan və ya əks olunan radiasiyanı müşahidə edən sensorlara passiv uzaqdan müəyyən etməsi deyilir. Beləliklə, buraxılan günəş şüaları passiv sensorlarla ölçülən radiasiyanın ən adi bir mənbəyidir. Aktiv sensorlar isə, tərsinə, buraxılan enerjini obyetktin öyrənməsi üçün istifadə olunur. Misal üçün, radar, obyekti aşkər edib, onun yerini, sürətini və istiqamətini müəyyən edir. Məsafədən zondlama vasitəsilə təhlükəli və çətin keçmə yerlərdən vizual və digər məlumatları toplamaq mümkün olur.
Gecə söhbəti (film, 1971)
Nuşirəvan və bayquşların söhbəti
Adil Nuşirəvan ilə vəzirin hekayəti və ya bilinən qısa adı ilə Nuşirəvan və bayquşların söhbəti — 1174-1175-ci illərdə Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər Xəzinəsi" poemasının ikinci hekayəsidir. Hekayənin poetik tərcüməsi Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən olunmuşdur. "Nuşirəvanla vəziri və bayquşların söhbəti" hekayəsi romantik planda verilsə də həyatın eybəcərliklərini çox doğru əks etdirir. Nuşirəvan islamdan öncə yaşamış Sasani hökmdarı olsa da təsvir olunan həyat Nizami dövrünün həyatıdır. Nuşirəvanın ov zamanı qarşılaşdığı mənzərə XII əsrin mənzərəsidir.Şair ədalətsizliyin, qətl-qarətin həddini aşdığını göstərmək üçün maraqlı priyom işlətmişdir. Nuşirəvan bir gün ordusu ilə ova çıxır. Bir az keçdikdən sonra vəziri ilə ordudan ayrılaraq ikisi birgə ov etməyə gedirlər. Şah vəziri ilə tək qalmağı istiyir, çünki ölkənin vəziyyətini daha rahat maraqlana bilsin. Gəzərkən uzaqdan bir xaraba kənd görürlər və həmin kəndə doğru yollanırlar. Bütün evlər dağılıb, həyatdan əsər-əlamət yox idi.
Uzaqdan gələn yağış (roman)
Uzaqdan gələn yağış — Varisin romanı. Yazıçı Varisin "Uzaqdan gələn yağış" romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir. İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə - kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır. Ən sevimli şagirdi olan Aylanın başına gələnlər Rəhilə xanımı daha çox dəhşətə gətirir. O, Ayla ilə İsmayılın taleyində bütün sevən gənclərin taleyinə təhlükə duyur. Rəhilə xanım zahirən xoşbəxt qadındır. Gözəl ailəsi, uşaqları, yaxşı işi var, çalışdığı məktəbdə hamı tərəfindən sevilir. Amma bu qadının heç kimlə bölüşmədiyi, içində ağır yük kimi gəzdirdiyi bir dərdi var - o, uğursuz ilk məhəbbətini hələ də unuda bilmir.
Verilənlərin uzaqdan ehtiyat kopyası
Verilənlərin uzaqdan ehtiyat kopyası, həmçinin bulud ehtiyat kopyası və ya rezervlənmə xidməti (ing. backup-as-a-service, BaaS) istifadəçilərə kompüter fayllarının ehtiyat kopyasının verilməsi, məlumatların saxlanılması və bərpası üçün sistem təqdim edən xidmət. Onlayn ehtiyat provayderlər son istifadəçilərə (və ya müştərilərə) bu növ xidmət göstərən şirkətlərdir. Bu cür ehtiyat xidmətləri bulud hesablama forması hesab olunur. Onlayn ehtiyat kopya sistemləri adətən müəyyən bir cədvəl üzrə işləyən müştəri proqram təminatı üçün qurulur. Bəzi sistemlər gündə bir dəfə, adətən gecə vaxtı, yəni kompüterlər istifadə edilmədiyi saatlarda işləyir. Digər yeni bulud ehtiyat kopya xidmətləri, demək olar ki, real vaxt rejimində istifadəçi sistemlərində dəyişiklikləri ələ keçirmək üçün davamlı olaraq fəaliyyət göstərir. Onlayn ehtiyat kopya sistemi adətən verilənləri toplayır, sıxışdırır, şifrələyir və uzaqdan ehtiyat kopya xidməti təminatçısının serverlərinə və ya saytdan kənar avadanlıqlara ötürür. Verilənlərin uzaqdan ehtiyat kopyası ənənəvi ehtiyat üsullarına nisbətən üstünlüklərə malikdir: Uzaqdan ehtiyat kopya üçün istifadəçi müdaxiləsi tələb olunmur. İstifadəçi lentləri dəyişdirməli, CD-ləri etiketləməli və ya digər manual addımlar atmalı deyil.
Ceyden və Brent ilə qrup söhbəti (serial, 2020)
"Ceyden və Brent ilə qrup söhbəti" — ilk seriyası 2020-ci il 23 mayda yayımlanan veriliş-serialdır. Serialın əsas mövzusu COVID-19 koronavirus pandemiyasından sonrakı virtual əlaqələrdən başlayır. Proqram oyun oynayan, meydan oxuyan və qonaqları ilə onlayn söhbət quran aparıcıları izlədir. 2020-ci ilin 6 mayında serialın çəkiləcəyi bildirilib. 23 mayda isə ilk mövsümün ilk seriyası yayımlanıb. Mövsüm 6-cı seriya ilə 27 iyunda bitib. İkinci mövsüm 5 sentyabrda başlayıb. Pandemiya bitənə qədər davam etməsi planlaşdırılır.
Siyasi liderlərin Münhendə Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı "sərt söhbəti"
"Siyasi liderlərin Münhendə Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı "sərt söhbəti". Tarixi, siyasi, beynəlxalq hüquqi və humanitar təhlil" (ing. The Political Leaders' "Hard Talk" in Munich on the Conflict Between Armenia and Azerbaijan: A Historical, Political, International Law and Humanitarian Analysis) — Almaniya siyasi eksperti Matias Dornfeldtin 2020-ci ildə yazdığı kitab. Əsər "Verlag Dr. Köster" nəşriyyatı tərəfindən Berlində buraxılmışdır. Kitabda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Qarabağ münaqişəsi ilə bağlı tarixdə ilk debatı təhlil edir. Bu debat 15 fevral 2020-ci ildə Münhen Təhlükəsizlik Konfransında baş tutmuşdur. Müzakirələr zamanı qaldırılan mövzular və məsələlər əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi, siyasi, beynəlxalq hüquqi və humanitar aspektləri nəzərdən keçirilir. Beynəlxalq vasitəçilik səyləri, Almaniya və digər Avropa siyasətçilərinin mövqeləri də müzakirə olunur. Nəhayət, BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsasında münaqişənin həlli variantları təqdim olunur.